• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2108
— 15.09.2015 14:06

Narkotik satan Gəncə sakini saxlanılıb

Gəncədə narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb. Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Aydın Sultanov 7 kiloqram 300 qram marixuananı satarkən tutulub. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacizadə