• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3240
— 15.09.2015 00:24

Bakı və Gəncə şəhərlərində ağır bıçaqlanma hadisələri baş verib

Ölkə ərazisində bıçaqlanma faktları qeydə alınıb. Müxtəlif səbəbələrdən iki nəfər bıçaqlanıb. Həkimər hər iki yaralının vəziyyətini ağır qiymətləndirir.

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Şamaxı sakini Sadiq Tarverdiyev sərxoş vəziyyətdə, aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Rəşad Köçəriyevə bıçaqla xəsarət yetirib.  Hadisə Abşeronun təzəkənd kəndində qeydə alınıb. Rəşad Köçəriyev dərhal xəstəxanaya çatdırılıb. 36 yaşlı Sadiq Tarverdiyev isə hadisədən sonra saxlanılaraq istintaqa təhvil verilib. O dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Sadiq Tarverdiyev bıçaqladığı şəxslə qohum olduğunu və indiyədək aralarında hər hansı problem yaşanmadığını qeyd edib.

Gəncədə də analoji fakt qeydə alınıb. Hadisə ötən gün saat 23:30  radələrində şəhərin  Məhsəti qəsəbəsində  baş verib.  49 yaşlı Elbrus Manafov yaşadığı evin qarşısında bıçaqlanıb. Döş qəfəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər TTYX-ya çatdırılan yaralı dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir. Elbrus Manafov pul borcu olduğu üçün qonşusu tərəfindən bıçaqlanıb. Hadisəni törədən 34 yaşlı Anar Qurbanov artıq saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Vəfa Şairova