• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 14.09.2015 18:23

Qaxda bir mağazanı 2 dəfə yarıblar

Qaxda ərzaq mağazasından oğurluq edilib, əsasən tütün və ət məmulatları aparılıb. Nəticədə mağaza sahibinə 1000 manatdan çox ziyan dəyib.

Zərərçəkən Qax şəhər sakini, 54 yaşlı Fikrət Heydərovun sözlərinə görə, mağaza bundan əvvəl də talanıb. Sonuncu hadisə isə bu gün yaşanıb. O, səhər tezdən mağazaya gələndə vəziyyəti görüb, gözlərinə inanmayıb. Qapı sındırılmış, hər şey alt-üst olmuşdu.

Fikrət Heydərov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Artıq faktla bağlı Qax Rayon Polis Şöbəsində oğurluq edən şəxs və ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Vəfa Şairova