• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 852
— 14.09.2015 18:38

Cəlilabadda ər arvadını qətlə yetirib

Hadisə ötən gecə saat 02:30 radələrində Cəlilabad şəhərində qeydə alınıb. Cəlilabad şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Həzərxan oğlu Abıyev ailə münaqişəsi zəminində həyat yoldaşı,  29 yaşlı  Təranə Saməddin qızı Abbasovaya bıçaqla çoxsaylı xəsarət yetirib.  Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.  Qətli törətmiş Anar Abıyev polis tərəfindən saxlanıb.

Qeyd edək ki, bir neçə il öncə ailə həyatı qurmuş cütlüyün iki övladı var.  Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Vəfa Şairova