• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 14.09.2015 18:26

Bu dəfə “zərgər”liyini narkotik bitki əkinində sınadı

Sənəti zərgərlik olan Bakı sakini qabiliyyətini başqa sahədə sınayıb. Zərgər bu dəfə peşəsini qızıl-zinətin hazırlanmasına deyil, narkotik vasitələrin əkininə dəyişib. Abşeron rayon polis idarəsi əməkdaşları Novxanı kənd sakini 41 yaşlı Kənan Quliyevin həyatnanı sahəsinə baxış keçirən zaman əkin sahəsindən narkotik bitki olan tiryək aşkarlayıblar. Saxlanılan şəxs artıq bir neçə müddətdir narkotik vasitədən istifadə etdiyini bildirir. Qeyri-qanuni yolla əkilən narkotik bitkilər polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılır.

Ruhəngiz Hacızadə