• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2045
— 14.09.2015 18:11

Şəkidə oğrular kişinin arzusunu ürəyində qoyub

Şəkinin Aran kənd sakini Məmmədov Adil Xanhüseyn oğluna məxsus 25 baş qoyun oğurlanıb. Oğrular evin həyətyanı sahəsindəki tövlənin qapısını açıb və orada olan qoyunları aparıblar. Üç uşaq atası olan Adil Məmmədov deyir ki, qoyunlardan bir neçəsini sataraq uşaqlarına məktəb ləvazimatları almaq istəyirdi. Ancaq məlum hadisə onun bu arzusunu ürəyində qoyub. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, oğurluq edən şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

Ruhəngiz Hacızadə