• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 12.09.2015 12:16

Gəncədə gənc oğlanı tanımadığı şəxslər bıçaqlayıb

Gecə saatlarında Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Şəhər sakini 23 yaşlı Habil Məhərrəmov tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçalanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Sol baldırın kəsilmiş-deşilmiş diaqnozu qoyulan xəstəyə tibbi yardım göstərilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.