• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 11.09.2015 17:59

Bakıda və Masallıda evləri qarət edən şəxslər saxlanılıb

Bakıda 70 yaşlı qadının mənzilini qarət edən cinayətkar dəstə saxlanılıb. Masallı polisi də anoloji faktın üstünü açıb. Ümumilikdə isə 4 nəfər cinayət məsuliyyətinə  cəlb olunub.

Paytaxtın Şüvəlan qəsəbəsində 70 yaşlı  Şövkət Həşimovanın evinə basqın edən quldurlar Xəzər rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Aparılan  əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən  Lənkaran sakini 21 yaşlı Nahid Rəziyev, Lerik sakini 22 yaşlı Elnur Muradov və 37 yaşlı Samid Tahirov yaxalanaraq istintaqa təhvil verilib. Samid Tahirov istintaqda dindirilərkən cinayətə 21 yaşlı qaynı Nahid Rəziyev tərəfindən cəlb ediyini bildirib. 22 yaşlı Elnur Muradov da quldurluq etmək təklifini bibisi oğlu Nahiddən aldığını deyib.

Masallı rayonunda da bənzər cinayət faktının üstü açılıb. Evlərə günün müxtəlif vaxtlarında gizli yollarla daxil olaraq pul və qızıl-zinət əşyaları, mobil telefonlar, kompüterlər, məişət avadanlıqları oğurlamaqda təqsirli bilinən  36 yaşlı Emin Qurbanov saxlanılıb.  Emin Qurbanov saxlanılarkən üzərindən 9 qram çəkidə, kustar usulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İki dəfə məhkumluq həyatı yaşayan Emin Qurbanov narkotik istifadəçisi olduğunu, oğurladıqlarını dəyər-dəyməzinə sataraq narkotik maddə aldığını etiraf edib. İstintaq onun kimlərlə əlbir işlədiyini, oğurlanan  qızıl-zinət əşyalarını kimlərə satdığını araşdırır.

Ümumilikdə bütün faktlarla bağlı araşdırmalar aparılır.

İlham Məmmədzadə