• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 11.09.2015 20:54

Avqust ayında dövlət sərhədini pozan 28 nəfər saxlanılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti avqust ayında dövlət sərhədini pozduqları üçün 28 nəfəri saxlayıb. Onların 19-u Azərbaycan, 2-si İran, 2-si Özbəkistan, 2-si Malayziya, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan və Qazaxıstan vətəndaşları olub. Bu barədə DSX-nın mətbuat mərkəzindən məlumat verilib. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları axtarışda olan 428 nəfəri aşkarlayaraq aidiyyəti orqanlara təhvil verib.

Ruhəngiz Hacızadə