• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 11.09.2015 18:47

Saxta sənəd hazırlayaraq qazanc əldə etmək istədi, lakin elə iş başında yaxalandı

Banklardan kredit götürmək üçün vətəndaşlara saxta sənəd və arayışlar hazırladı, özünü müəssisə rəhbəri kimi qələmə verib sənəd imzaladı. Ancaq Ədalət Kalbalıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində elə iş başında saxlanıldı.

Laçın rayon sakini Ədalət Kalbalıyev vətəndaşa banka təqdim etmək üçün holdinglərdən birində menecer vəzifəsində işləməsi və aylıq 550 manat əmək haqqı alması barədə saxta arayış tərtib edib. O, saxta arayışı 200 manata satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Saxta sənəd paytaxtdakı poliqrafiya mərkəzlərindən birində hazırlanıb. Daha sonra isə o, sənədi firmanın direktoru kimi imzalayaraq saxta möhürlə təsdiqləyib. Baxış zamanı Kalbalıyevin idarə etdiyi avtomobildən və polioqrafiya mərkəzindən müxtəlif banklara təqdim etmək üçün tərtib edilən saxta arayışlar, möhürlər, kompüter avadanlıqları aşkar edilərək götürülüb. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Ruhəngiz Hacızadə