• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1645
— 11.09.2015 17:37

Ölkədə bir neçə bıçaqlanmalar qeydə alınıb

Lənkəranda toyda kütləvi dava olub. Hadisə sentyabrın 10-da axşam saatlarında rayonun Liman şəhərindəki şadlıq evlərinin birində qeydə alınıb. Davanın iştirakçılarından 3 nəfər - 63 yaşlı Əlisəfa Tağıyev,  41 yaşlı Zaur Tağıyev və 41 yaşlı Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hazırda vəziyyətləri stabil qiymətləndirilir. Faktla bağlı rayonun hüquq mühafizə orqanları araşdırmalara başlayıb. Hadisəni törədən şəxsin saxlanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.

Şəkidə 47 yaşlı kişi bıçaqlanıb.Oxud kənd sakini Mustafa İsmayılov yaralı halda Şəki Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Müayinə zamanı onun bel nahiyəsindən bıçaqlandığı məlum olub. Xəstə əməliyyat olunub, vəziyyəti orta-stabil qiymətləndirilir. İlkin məlumata görə, Mustafa İsmayılovu bıçaqlayan onun qohumu olub. Fakt araşdırılır.

47 yaşlı Bakı sakini bıçaqlandı.Bakının Suraxanı rayonunda qanlı hadisə baş verib. Əmircan qəsəbəsi Sabir küçəsində yaşayan 47 yaşlı Etibar Aydınbəyov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Etibar Aydınbəyovun qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Hazırda Suraxanı polisi yaralının verdiyi ifadənin düzgünlüyünü və hadisənin kim tərəfindən törədilməsini araşdırır. Faktla əlaqədar cinayət işi başlanıb.

Ruhəngiz Hacızadə