• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 11.09.2015 14:58

ASAN Könüllüləri təşkilatı Gəncədə Könüllülər Yurdu Azərbaycan layihəsinin icrasına başlayıb

Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə könüllülük fəaliyyətinin təbliği məqsədi daşıyır.

60 gəncin iştirak etdiyi "Könüllülər Yurdu Azərbaycan" layihəsi iki gün - bu gün və sabah davam edəcək. Layihənin ilk günü iştirakçı gənclərə "Könüllüyün fəlsəfəsi və tarixi", "ASAN school" könüllülük məktəbi, "Şəxsi inkişaf", "ASAN kadr" kimi mövzularda təlimlər keçilib. Növbəti gün isə könüllülük fəaliyyətinin praktiki cəhətdən öyrənilməsi məqsədi ilə sosial aksiya təşkil olunacaq. 100 ailəyə könüllüllük fəaliyyəti və  "ASAN xidmət mərkəzinin" göstərdiyi xidmətlərlə bağlı maarifləndirici bukletlər paylanılacaq.

Məhəmməd İbrahimov -"Könüllülər Yurdu Azərbaycan" layihəsinin rəhbəri: "Layihənin əsas məqsədi könüllülük mədəniyyətini respublika miqyasında yaymaq və könüllülük hərəkatının vüslət almasını stimullaşdırmaqdır. Layihənin ümumilikdə 20 gün davam etməsi nəzərdə tutulub".

Qeyd edək ki, layihə Gəncədən əvvəl Bakı və Sumqayıtda həyata keçirilib, növbəti günlərdə isə Sabirabad, Bərdə, Qəbələ, Quba və Masallı rayonlarında baş tutacaq. Layihəyə ümumilikdə 600 gəncin cəlb olunması planlaşdırılır. Layihə zamanı həyata keçiriləcək sosial aksiya nəticəsində isə bütövlükdə 50 000 ailə "ASAN xidmət" mərkəzinin göstərdiyi xidmətlər haqda ətraflı məlumat alacaq.

Gülnar Fazilqızı