• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2555
— 11.09.2015 10:44

Tovuzda qeyri-adi qəza: evakuator avtomobillə toqquşdu

Tovuzda qeyri-adi qəza baş verib, bu dəfə evakuator avtomobillə toqquşub. Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Qovlar qəsəbəsi ərazisində qeydə alınıb. 2 nəfərin xəsarət aldığı qəza zamanı evakuator xidməti göstərən avtomaşın "İnfiniti" markalı avtomobillə toqquşub. Hər zaman qəzaya düşən avtomobilləri daşıyan minik vasitəsi bu dəfə özü hadisə iştirakçısı olub. Toqquşma o qədər şiddətli olub ki, "İnfiniti"də olan sərnişinlər 20 yaşlı Rəmzi Alıyev və 25 yaşlı Əsmər Tanırverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Rəmzi Əliyev ilkin yardım göstərildikdən sonra evə buraxılsa da avtomobildə olan digər sərnişin ağır xəsarətlər aldığından tibb ocağında müalicəsi davam etdirilir. Həkimlər 25 yaşlı Əsmər Tanırverdiyevanın vəziyyətini kafi qiymətləndirirlər. Faktla bağlı BDYP-nin əməkdaşları araşdırma aparır.