• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 10.09.2015 19:09

Hacı Muradın qəbri yaxınlığında çətənə kolları əkən 3 dost saxlanıldı

Qax rayonu ərazisində narkotik bitki əkib-becərən şəxslər saxlanılıb. Balakən rayon Hənifə kənd sakinləri Namir Məmmədov, Elçin Rəsulov və Rafiq Həsənov qabaqcadan əlbir olaraq, 2015-ci ilin aprel ayında Qax rayonunun Tanqıt kəndinin yaxınlığında olan meşə zolağında "Hacı Muradın"qəbrindən təxminən 50-60 metr məsafədə qanunsuz olaraq 50 ədəd, ümumi çəkisi 4 kq 430 qram olan narkotik xassəli çətənə bitkisi yetişdiriblər. 5 ay sonra, sentyabrın 8-də Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxslər elə iş başında-çətənə kollarına qulluq edərkən saxlanılıblar. 3 dostun narkotik xassəli bitkiləri hansı məqsədlə əkib-becərdikləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.

Vüsalə Camal