• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1348
— 10.09.2015 18:48

Bakıda iki bıçaqlanma hadisəsi törədilib

Ötən gecə paytaxt ərazisində iki bıçaqlanma hadisəsi baş verib.

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Həmzə Babayev küçəsində 30 yaşlı Anar Abbasov naməlum şəxs və ya şəxslər tərəfindən sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Həkimlər 1 bıçaq xəsarəti alan Anar Abbasovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə barədə 7-ci polis bölməsinə məlumat çatdırlıb. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışları davam edir.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır. 

Nizami rayonunda isə əmioğlanlarının mübahisəsi qanlı sonluqla nəticələnib. Hadisə Keşlə qəsəbəsində baş verib. 39 yaşlı Rövşən Ağdaş oğlu Məmmədovun onunla bir həyətdə yaşayan əmisi oğlu arasında mübahisə düşüb. Mübahisə zamanı Rövşən Məmmədov əmisioğlu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər Rövşən Məmmədovun qarın nahiyəsindən bir bıçaq xəsarəti aldığını bildiriblər. Faktı Nizami rayon polis idarəsinin 23-cü polis bölməsi araşdırır. Verilən məlumata görə, Məmmədovlar arasında şəxsi münasibətlər zəminində tez-tez mubahisələr olur. Sonuncu dəfə bir neçə gün əvvəl onlar arasında dava olub. Faktla əlaqədar cinayət isi başlanıb, araşdırmalar aparılır.