• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 10.09.2015 13:02

Gəncədə Vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlər mövzusu müzakirə edilib

Gəncədə Səhiyyə Nazirliyinin dəstəyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə "Vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlər" mövzusunda regional müşavirə təşkil edilib. Ümumdünya Səhiyyə Təşilatının Avropa Bürosunun xətti ilə reallaşan müşavirədə Gəncə və ətraf bölgələrdən 50-dən artıq pediatr, epidemioloq, nevropatoloq və endokrinoloqlar iştitrak edib. Müşavirə zamanı İspaniyanın Santiago de Kompostela Universitetinin professor-pediatrı Federiko Martinon Torres “Vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya” əks göstərişlər mövzusunda seminar keçib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Federiko Martinon Torres- İspaniyanın Santiaqo de Kompostela Universitetinin professor-pediatrı: "İmmunlaşmanın nə dərəcədə əhəmiyyətli məsələ olduğunu bir daha əsaslandıraraq göstərmək istəyirəm. Burada olmağımın əsas məqsədlərindən biri budur. Bütövlükdə isə Azərbaycanda immunlaşma proqramı, peyvəndlərin vurulması kifayət qədər yüksək səviyyədədir. Bu sahədə ölkədə siyasi iradə güclüdür".

Qeyd edək ki, müşavirə Gəncədən əvvəl Bakıda keçirilib.

Gülnar Fazilqızı