• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 10.09.2015 11:38

Gəncə, Gədəbəy və Kəlbəcər müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib

Müəllimlərin sentyabr konfransı davam edir. Bu dəfə Gəncə, Gədəbəy və Kəlbəcər müəllimlərinin  ənənəvi tədbiri keçirilib.

Gəncədə müəllimlərin ənənəvi sentyabr konfransında bildirilib ki, şəhər üzrə 49 orta ümümtəhsil məktəbində 37 min 213 şagird var. Ötən tədris ilində 1850 məzun orta məktəbi bitirib. Onlardan 4 şagird qızıl, 2-si isə gümüş medala layiq görülüb. Məzunlardan 935 nəfəri tələbə adı qazanıb ki, bu da ötən illə müqayisədə 2 faiz çoxdur. Qəbul olanlardan 74-ü 600-dən yuxarı, 220-si isə 500-dən yuxarı bal toplayıb. Konfransda orta məktəblərdə kitabxanaların uşaq ədəbiyyatı ilə zənginləşdirilməsi, QHT-lərlə əməkdaşlıq məsələlərinə toxunulub, şagirdlərin repetitor yanına getməsinin qarşısının alınması tapşırılıb. 

Kəlbəcərli müəllimlər də ötən dərs ilinin yekunları, ali məktəbə qəbulun nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə ediblər. Yola saldığımız tədris ili rayon üçün uğurlu olub. Bu uğuru davam etdirmək üçün yeni dərs ilində bütün təhsil ocaqlarına dövlət tərəfindən 350 yeni parta, 300 ədəd müəllim stulu, 160 yazı löhvəsi, 120 ədəd kitab rəfi verilib. Həmçinin Təhsil Nazirliyi tərəfindən şagirdlərə kitablar, eləcə də məktəbli formaları verilib.

Gədəbəydə təhsil işçilərinin 2014-2015-ci dərs ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan ənənəvi sentyabr konfransında qeyd olunub ki, bu il rayon üzrə 843 nəfər 11-ci sinfi bitirib, onlardan 211-i ali məktəblərə qəbul olub. Tələbə adını qazananlardan 38-i 500-dən, 7 nəfəri isə 600-dən yuxarı bal toplayıb. İlin ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsində rayonun Slavyanka kənd məktəbi 1-ci yeri tutub. Konfransın sonunda rayon təhsil işçiləri adından ölkə Prezidentinə müraciət ünvanlanıb.

Elnur Vahidoğlu

Elton Cabbarlı