• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 10.09.2015 13:28

38 yaşlı Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb (Yenilənib)

Gəncədə şəhər sakini 38 yaşlı Samir Osmanovu bıçaqlayan şəxs saxlanılıb. O, 44 yaşlı Vüqar Əliyev tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ürəyindən bıçaqlanıb. Hazırda zərərçəkənin vəziyyəti stabildir. Faktla bağlı araşdırmalar davam etdirilir.

09.09.2015 21:45-ə olan xəbər

Gəncədə bıçaqlanma faktı qeydə alınıb. Şəhər sakini, Mahrasa Bağı bina 12, mənzil 23-də yaşayan 38 yaşlı Samir Osmanov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat edilib. Hazırda vəziyyəti ağırdır. Samir Osmanov ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Faktı polis araşdırır. Adıçəkilən şəxsin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Xaliq Qurbanlı