• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5798
— 26.09.2014 18:40

Şəkidə zəhərlənmə hadisəsi qeydə alınıb

Ötən gecə Şəkidə zəhərlənmə hadisəsi qeydə alınıb. Çələbixan küçəsi, ev 16-da yaşayan 28 yaşlı Ülviyyə Axundova güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Müayinədən sonra məlum olub ki, Ülviyyə Axundova bilməyərək sirkə turşusu qəbul edib. Xəstənin vəziyyəti ağır olduğu üçün xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.