• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3340
— 09.09.2015 18:16

Şəkidə 55 yaşlı kişi həmkəndliləri tərəfindən vəhşicəsinə döyülüb

Rayonun Kiçik Dəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Rasim Zeynal oğlu Qafarov sentyabrın 8-i axşam saatlarında qapalı kəllə-beyin travması ilə xəstəxanaya daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir. Hakim müayinəsi və araşdırması zamanı məlum olub ki, 55 yaşlı Rasim Qafarov həmkəndliləri tərəfindən vəhşicəsinə döyülüb. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumatda Rasim Qafarovun həmkəndliləri tərəfindən döyülməsi faktı təsdiqlənib. Hadisə ilə bağlı Şəki ŞRPŞ-nin Sarıca polis bölməsində araşdırma aparıldığı bildirilir.

Vəfa Şairova