• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 09.09.2015 14:39

Gəncədə “Beynəlxalq Sülh Günü” münasibəti ilə tədbir keçirilib

Gəncənin Heydər Əliyev mərkəzində 21 sentyabr “Beynəlxalq Sülh Günü” münasibəti ilə tədbir keçirilib. Mərkəzin nəzdində yaradılan Diplomatiya klubunun təşkilatçılığı ilə baş tutan tədbirdə Gəncədə yerləşən universitetlərin tələbələri iştirak edib.  Vurğulanıb ki, məqsəd sülhün carçılarını və təmsilçiləri bir araya toplamaq, sülh mədəniyyətini yüksək səviyyədə insanlara aşılamaq, keyfiyyət standartlarını müəyyənləşdirməkdir. Bu gün torpaqlarının 20 faizi işğal altında olan ölkəmiz üçün də Sülh Günü xüsusi əhəmiyyət kəsb edir. 

Nərgiz Hacıyev- Diplomatiya klubunun rəhbəri: “Növbəti istiqamətlərdə də Diplomatiya klubunun nəzdində biz diplomatik kluba dair məhz Heydər Əliyevin xalq diplomatiyası və balanslaşdırılmış diplomatiyanın miniatürü kimi çıxış edərək gələcəkdə diplomatiya klubunu yüksək şəkildə genişləndirməyi nəzərdə tuturuq”.

Elnur Vahidoğlu