• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 09.09.2015 12:16

MSK Gəncədə iki günlük seminar keçirəcək

Gəncədə Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində ikigünlük seminar öz işinə başlayıb. Məqsəd 2015-ci il noyabrın 1-ə təyin edilən Milli Məclisə seçkilərlə bağlı müraciətlərə baxılmasını iştirakçılara aşılamaqdır.

Dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi məqsədi daşıyan seminarda seçki hüququnun pozulmasına dair şikayətlərin araşdırılması qaydaları müzakirə olunub. MSK-nın üzvləri, Avropa İttifaqının rəsmiləri və MSK Katibliyinin təmsilçiləri Qərb bölgəsində fəaliyyət göstərən 15 dairə seçki komissiyasının ekspert qrupu üzvlərinə müxtəlif situasiyalarda davranış normaları ilə bağlı məsələləri izah ediblər.

Tofiq Həsənov –MSK-nın üzvü: "Son dövrlərdə vətəndaşların seçki hüquqlarının pozulması halları ilə bağlı müraciətlər azalıb. Bu da ondan ibarətdir ki, seçki komissiyaları seçkilərin keçirilməsi ilə bağlı məsələlərə daha diqqətlə yanaşırlar. Bu istiqamətdə iş həyata keçirilir və demək olar ki, artıq ekspert qruplarının üzvüləri də bu işi yaxşı mənimsəyirlər".

Avropa İttifaqının seçki məsələləri üzrə eksperti Sergey Kalçenko “Seçkilərlə bağlı müraciətlərə seçki komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda təqdimatla çıxış edib. Eləcə də Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə Seçki Məcəlləsinin tələbləri və şikayətlərin araşdırılması prinsiplərindən danışılıb.

Xaliq Qurbanlı