• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 09.09.2015 10:41

İDEA İB ASAN xidmətlə bərabər təbiəti qoruyacaq

Gəncədə, İdea İctimai Birliyi, ASAN xidmətlə birgə, ətraf mühitin və ekologiyanın qorunması naminə “Təbiəti Qoruyaq” adlı maraqlı aksiya başladıblar. Aksiya çərçivəsində ASAN xidmət mərkəzinin qarşısında quraşdırılan konteynerə istifadəyə yararsız tullantı kağızların toplanması həyata keçirilir. Məqsəd tullantı kağızların təkrar emala verilməsi və beləliklə də kağız  istehsalı üçün ağac kəsimlərinin sayını azaltmaqdır. May ayından start götürən və bu günədək davam edən aksiya müddətində 11 tondan artıq kağız toplanaraq aidiyyatı üzrə təhvil verilib. Aksiyada şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla yanaşı, şəhər sakinləri də yaxından iştirak edir.

Elton Cabbarlı