• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 6897
— 08.09.2015 19:12

Tovuzun Qovlar qəsəbəsində güclü yanğın olub

Havalar isinən kimi biçilmiş taxıl sahələri yenidən alovlanmağa başlayıb. Budəfəki, yanğın hadisəsi Qovlar qəsəbəsi ərazisində baş verib. Güclü alovun yaxınlıqdakı Qaz Paylayıcı Stansiyaya yaxınlaşması ətrafdakıların həyəcanına səbəb olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Tovuz YMH-nın avtomobili və canlı qüvvəsi alovu ram edərək baş verə biləcək partlayışın qarşısını alıblar. Biçilmiş ərazinin quru otlarla əhatələnməsi alovu şiddətləndirərək daha geniş əraziyə yayılmasına şərait yaradıb. Yanğınsöndürənlər avtomobillərin hərəkət edə bilmədiyi ərazidə kiçik balonlarla su səpməli olublar. Yanğın hadisəsi zamanı hər hansı xəsarət qeydə alınmayıb.

Rahim İbrahimoğlu