• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 6891
— 08.09.2015 15:35

Tovuzda heyvanların süni mayalandırılmasına maraq artıb

Tovuzda son bir ildə 523 baş mayalandırılan iribuynuzlu mal-qaradan 404 baş sağlam buzov alınıb. Fermerlər bu cür artımın həm sərfəli, həm də alınan balaların xəstəliklərə davamlı olduqlarını deyirlər. Yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağı gücləndirmək üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə subsidiyanın müəyyən edilməsi də bu sahədə xüsusi canlanmaya səbəb olub. Hazırda rayonda 42 min baş iribuynuzlu heyvan saxlanır ki, bunun da 235 başı xaricdən alınan cins inəklərdir.

Rahim İbrahimoğlu