• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 08.09.2015 13:27

Gəncənin 4 məktəbində tədris təmayüllər üzrə aparılacaq

Yeni dərs ilindən Respublikanın 55 məktəbinin 10-11-ci siniflərində tədris təmayüllər üzrə təşkil olunacaq. Tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihəyə Gəncədən 4 tədris ocağı- 4, 16, 28 və 39 nömrəli məktəblər daxil edilib. 16 nömrəli məktəbdə tədris humanitar, digər 3 təhsil ocağında isə riyaziyyat-iqtisadiyyat təmayülü üzrə aparılacaq. Hər təmayüllü sinifdə 20-dən artıq şagird təhsil alacaq. Bu siniflərdə tədris olunacaq fənlərin sayı da azaldılıb. Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Gülnar Fazilqızı