• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 08.09.2015 13:17

Asan Xidmət Mərkəzinin səyyar avtobusu Samux sakinlərinə xidmət edəcək

Asan Xidmət Mərkəzinin səyyar avtobusu Qərb bölgəsinin şəhər və rayonlarında fəaliyyətini davam etdirir. Şəmkirdən sonra Samuxa gələn Asan Xidmət əməkdaşları sentyabr ayının 8-dən 23-dək bu rayonun sakinlərinə xidmət edəcək. Bu müddət ərzində səyyar asançılar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də müxtəlif dövlət strukturlarına aid digər xidmətlər göstərəcəklər.

Natiq Hüseyn