• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5942
— 26.09.2014 14:43

Goranboyda dəhşətli avtoqəza baş verib

Bu gün saat 00:30 radələrində Tərtər - Goranboy yolunun Goranboy rayonu Nərimanlı kəndi ərazisindən keçən 19-cu kilometrliyində 2 nəfərin ölümü və ikisinin xəsarət almasıyla nəticələnən ağır yol qəzası baş verib. Elçin Kərimovun idarə etdiyi “Ford” markalı sərnişin mikro avtobusu eyni yolla hərəkət edən Mansur Mansurovun idarə etdiyi “Belarus” markalı traktorla toqquşub. Hadisə nəticəsində traktorda olan Rəsmiyyə Mansurova və qızı Aytəkin Mansurova aldıqları ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişiblər. Traktorun sürücüsü Mansur Mansurov ağır vəziyyətdə Goranboy Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər. Fordun sürücüsü isə hadisədən xəsarətsiz ötüşüb. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi aparılır, istintaq davam etdirilir.