• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 07.09.2015 14:59

Gəncədə Əli və Ninonun heykəli ucaldılacaq

Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq Əli və Ninonun heykəli ucaldılacaq. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.

Gəncəçayın sağ sahilində salınan “Əli və Nino” parkında yerləşəcək memarlıq əsərində beton-konstuksiya işləri aparılır. Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək və kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur. Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və  Gürcüstanda ucaldılıb.

Cahid Həsənov – “Əli və Nino” abidə kompleksinin memarı: "Bu heykələ baxanda iki alovun yanması anlamını verəcək. Sonrakı etapda “Əli və Nino”nun olduğu tərənüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Bu da dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq".

Bundan başqa abidənin ətrafında 3 fəvvara quraşdırılır ki, bunlar da vizual olaraq göz yaşlarının damlalarını xatırladacaq. Layihəyə görə, “Əli və Nino” heykəli şərq üslübunda lakin modern formada olacaq.

Xaliq Qurbanlı