• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 07.09.2015 14:54

Gəncədə region gəncləri üçün “Avropada könüllü ol” adlı seminar keçirilib

Seminar Azərbaycan Könüllülük Xidməti Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub. 20 könüllünün iştirak etdiyi seminarın məqsədi Azərbaycanda Könüllülük Xidmətinin inkişafını təmin etmək və region gənclərinin beynəlxalq könüllülük proqramlarında iştirak potensialını artırmaqdır.

Müşfiq Cəfərov- Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “Gənclər bu proqrama qoşulduqda Avropanın müxtəlif şəhərlərində 2 həftədən 1 ilə kimi təcrübə keçə bilərlər. Bu da onlar üçün bir imkandı tək Gəncə şəhərində bu könüllülüyü keçmirlər, həm də imkan əldə edirlər ki, Azərbaycanın müxtəlif bölgələrində, Avropanın müxtəlif şəhərlərində bu proqramlardan yararlansınlar”.

Elnur Vahidoğlu