• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1641
— 07.09.2015 12:36

“Kəpəz” yoxlama oyunu keçirib

“Kəpəz” futbol klubunun əvəzedici komandası Avro-2016-nın seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilə müddətində ikinci yoxlama oyununu keçirib. Baş məşqçi Azər Məmmədovun yetirmələri birinci divizion klubu olan “Turan Tovuz”la qarşılaşıb. Tovuzda keçirilən oyun yerli komandanın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Xatırladaq ki, “Kəpəz”in əvəzedici heyəti bundan öncə aşağı dəstənin digər təmsilçisi “Şəmkir”lə üz-üzə gəlmişdi. Həmin oyun 2:2 hesablı bərabərliklə nəticələnmişdi.

Orxan Cəfərzadə