• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 07.09.2015 10:18

Döyülən Göygöl sakini Gəncədə xəstəxanaya yerləşdirilib

47 yaşlı Göygöl sakini döyülərək xəstəxanalıq edilib. Rayonun Yeni Qızılca kənd sakini Arif Məmmədov bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu ilə Gəncə şəhər TTYX-ya çatdırılıb. İlkin tibbi yardım göstərilən Arif Məmmədov xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Göygöl rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb.

 

Elton İsmayılov