• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 05.09.2015 13:42

Gəncə “ASAN xidmət”in 7 könüllüsü Kəpəz TV-də işə götürüldü

Gəncə "ASAN xidmət" mərkəzində daha 84 gənc könüllü xidmətini başa vurub. Onlara Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  rəsmi sertifikatları təqdim edilib.

Könüllük-ASAN xidmət mərkəzlərində gənclərin özünü inkişaf və biliklərinin artırılması məqsədilə həyata keçirilən fəaliyyətdir. İndiyədək Gəncə "ASAN xidmət" mərkəzində 600-ə yaxın gənc könüllü olaraq fəaliyyət göstərib. Müqavilədə nəzərdə tutulan öhdəlikləri 2 aylıq müddət ərzində həyata keçirən gənclərin yaradıcı potensialının inkişaf edilməsi üçün şərait və imkan yaradılır, onların işlə təminatına önəm verilir. Bu dəfə ölkə üzrə bir ilkə imza atılıb. Gəncə "ASAN xidmət"in  könüllüləri Kəpəz Müstəqil Tele-Radio Şirkətində təcrübə keçib, onlardan 7 nəfəri şirkətdə işlə təmin olunub.  Daha 17 gəncin telekanala təcrübəyə cəlb edilməsi nəzərdə tutulur.

Elnur Rzayev- Gəncə “ASAN xidmət” mərkəzinin direktoru: “Gənclərimiz  ASAN xidmət mərkəzində könüllü olduqdan sonra Master 2 proqramı çərçivəsində digər müəssisə və təşkilatlarda fəaliyyətini davam etdirir. Nəzərdə tutulur ki, iki ay burda olduqdan sonra həm Kəpəz televiyasında, həm də digər təşkilatlarda Master iki proqramı tətbiq olunsun ”.

Könüllü gənclərə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  rəsmi sertifikatları təqdim olunub.

Vüsalə Camal