• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 05.09.2015 13:38

Samuxda Yaşlı nəslin təcrübəsindən faydalanaq adlı tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Yaşlı nəslin təcrübəsindən faydalanaq" mövzusunda növbəti tədbir Samuxda keçirilib. Tədbir iştirakçıları əvvəlcə ailə dəyərləri ilə bağlı filmi izləyiblər. Çıxış edənlər dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsində ağsaqqal məsləhətindən yararlanmağın vacibliyi vurğulanıb. Məktəb yaşlı qızların təhsildən yayınaraq erkən nikaha cəlb olunması, xüsusilə dağ kəndlərində bu cür hallara tez-tez rast gəlinməsi əsas müzakirə mövzusu olub.

Sədaqət Qəhrəmanova -Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini: “Qərb bölgəsində Samuxdan sonra Daşkəsən və Qazax rayonlarında bu tədbir keçiriləcək. Biz rayonları seçərkən onların xüsusiyyətlərinə fikir veririk. Əsasən çalışırıq ki, dağ rayonlarını əhatə edək. Çünki orada erkən nikah, boşanmalar, təhsildən yayınmalara daha çox rast gəlinir. Ümidvariq ki, bu tədbirlər özünü müsbət tərəfdən doğruldacaq”.

Natiq Hüseyn