• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 05.09.2015 12:51

Göygöl sakinlərinə şəxsiyyət vəsiqələri səyyar şəkildə verilir

Göygöldə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və onların dəyişdirilməsi yerlərdə həyata keçirilir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Balçılı kənd sakinlərinə səyyar xidmət göstəriblər. Müraciət edən vətəndaşların sənədləri qanunvericilikdə nəzərdə tutulan qaydada qəbul olunub. Onlar qısa müddət ərzində şəxsiyyət vəsiqələri ilə təmin ediləcəklər. Səyyar xidmət zamanı 25, 35 və 50 yaşları tamam olan vətəndaşların da şəxsiyyət vəsiqələri dəyişdirilib. Gün ərzində 16 yaşdan yuxarı 80 nəfər, eləcə də 16 yaşa qədər 20 azyaşlı xidmətdən yararlanıb. Ümumilikdə son 8 ay ərzində Göygöl Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən 22 müxtəlif yaşayış məntəqəsində səyyar sənəd qəbulu həyata keçirilib. 1000-dən çox vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Analoji tədbirlər rayonun digər yaşayış məntəqələrində də həyata keçiriləcək.

Natiq Hüseyn