• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1955
— 04.09.2015 15:49

Samuxda əmək yarmarkası təşkil olunub

Samux rayonunda növbəti əmək yarmarkası keçirilib. Yarmarkada çıxış edənlər ölkəmizdə, eləcə də Samux rayonunda işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıblar. Ötən 8 ay ərzində Samux rayon Məşğulluq Mərkəzinə 185 nəfər müraciət edib. Onlardan 117-i münasib işlə təmin olunub. Təşkil olunan əmək yarmarkasına 42 müəssisədən 155 boş iş yeri çıxarılıb. Onlardan 27-i dövlət, 9-u qeyri-dövlət, 6-ı isə fiziki şəxslərə məxsus olub. Təqdim olunan vakant yerlərdə orta aylıq əmək haqqı 160 manat təşkil edib. Gün ərzində yarmarkaya müraciət edən 47 nəfər Samux sakininə müvafiq göndərişlər verilib.  

Natiq Hüseyn