• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 04.09.2015 10:19

Gəncədə 4 bal gücündə zəlzələ olub

Bu gün yerli vaxtla saat 09:49-da Şəkidən 29-km cənub-şərqdə - Şəki ərazisində zəlzələ qeydə alınıb.  Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər  hiss olunub.

Gəncə Seysmik Stansiyasından verilən məlumata görə, yeraltı təkanlar Gəncədə 4 bal gücündə hiss olunub. Zəlzələ hiss olunsa da şəhərdə tikililərə ciddi ziyan vurmayıb. Təbii hadisə nəticəsində qərb bölgəsində dağıntı və tələfat qeydə alınmayıb.

Xaliq Qurbanlı