• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2245
— 25.09.2014 11:29

Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşların qəbulunu keçirib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Şəmkirdə vətəndaşlarla görüşüb. Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edib. Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.