• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 03.09.2015 16:02

AzTU yeni əməkdaşlığın astanasında

Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Keyfiyyət Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Universitet rəhbərliyi və İctimai Birliyin üzvləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Assosiasiya ilə əməkdaşlıq əlaqələri  AzTU-nun "Müştəriyə Yönəlmə Proqramı" çərçivəsində qurulub. Bu ildən İcrasına başlanılan proqramın əsas məqsədi universitetinin məhsulları olan məzunların, ixtiraların, elmi-tədqiqat işlərinin və xidmətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu sahədə ilkin olaraq 6 sənaye istiqaməti müəyyən olunub ki, onlardan biri də standartlaşdırma və ekspertiza sənayesidir. Söhbət zamanı bu sahədə respublikada mühüm işlərin görüldüyü və yüksək ixtisaslı mütəxəssislərə ehtiyac duyulduğu vurğulanıb.

Səbuhi Yusifov - AzTU-nun elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru: "Bu baxımdan biz inanırıq ki, ilkin addım kimi Assosiasiyası İctimai Birliyi ilə olan əməkdaşlığımız bu istiqamətdə bizə çox gözəl tövsiyələr verəcək. Əmək bazarının və müasir dövrün tələblərinə uyğun mütəxəsislərin yetişdirilməsində bizə yaxından kömək edəcək".

Samir Novruzlu – “Azərbaycan Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri: "AzTU ali təhsil ocaqları arasında ilk təhsil müəssisəsidir ki, ilk dəfə Keyfiyyət Assosiasiyası ilə belə bir layihəni reallaşdırmağı arzuladı. Düşünürük ki, AzTU Keyfiyyət Assosiasiyası ilə əməkdaşlıq nəticəsində beynəlxalq standartların tələblərinə cavab verən kadrların yetişdirilməsinə nail olacaq".

Gülnar Fazilqızı