• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 03.09.2015 13:12

Göygöl rayonunda təhsil işçiləri növbəti dərs ilinə səylə hazırlaşır

Göygöl rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Konfransda çıxış edənlər son illər rayonda təhsil ocaqlarının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən əldə olunan nailiyyətlərdən geniş bəhs ediblər. Rayonda son illər ərzində mövcud olan 50 məktəbdən 21 -i yeni binaya köçürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Bu il 420 məzun ali məktəbə sənəd verib. Onlardan 200 nəfəri tələbə adını azanıb. 40 nəfər 500- dən, 14 nəfər isə 600- dən yüksək bal toplayıb. Əvvəlki illərlə müqayisədə bu il həm ali məktəbə qəbul olanların, həm də yüksək bal toplayanların sayında artım müşahidə olunur. Konfransda ayrı-ayrı məktəblərdə tədrisin vəziyyəti geniş təhlil edilib. Bəzi kənd məktəblərində tədrisin keyfiyyətinin aşağı olması və ali təhsil ocaqlarına qəbul qeydə alınmaması təəssüf hissi ilə qarşılanıb. Bununla yanaşı rayon mərkəzində və ətraf yaşayış məntəqələrindən nailiyyətlərin ilbəil artması müsbət hal kimi dəyərləndirilib. Sonda ilin müəllimi müsabiqəsinin qalibinə Təhsil Nazirliyinin üzvlük vəsiqəsi təqdim olunub.

Elbrus Atayev -Göygöl Rayon Təhsil Şöbəsinin müdiri: “Bizi texniki-təmayüllü liseyin nailiyyətləri daha çox sevindirir. Eyni zamanda şəhər 3 saylı şəhər 1 saylı və Balçılı 1 saylı tam orta məktəblərin nailiyyətləri daha qənaətbəxşdir”. 

Natiq Hüseyn