• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2224
— 25.09.2014 10:05

Goranboy rayonunun qaz təsərrüfatında payız-qış mövsümünə hazırlıq işləri başa çatmaq üzrədir

Goranboy rayon Qaz İstismar Sahəsinin kollektivi qarşıdan gələn  payız-qış mövsümü ilə əlaqədar əhalini fasiləsiz olaraq təbii qazla təmin etmək əzmindədir. Qaz təsərrüfatının işçiləri plana uyğun olaraq hazırlıq işlərini başa çatdırmaq üzrədir.

 

Hazırda Goranboy rayon qaz istismar sahəsi rayon üzrə 17 min 200 abonentə xidmət göstərir. Artıq bir neçə müddətdir ki, qaz işçiləri qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərini davam etdirir. Hazırlıq çərçivəsində rayon ərazisindəki, qaz xətlərinə, paylayıcı şkaflara, və digər qurğulara baxış keçirilib. Aparılan yoxlamalar zamanı nasaz və istismara yararsız qaz xətləri və siyirtmələlər dəyişdirilib.

 

Xəqani Əhmədov- Goranboy rayon QİS-nin baş mühəndisi: “Belə ki, istismara yararsız qaz xətləri 1500 metrə qədər yenisi ilə əvəz olunub. Eyni zamanda 4 ədəd yeni tənzimləyici şkaf qurulub. 12 ədəd müxtəlif diametrli siyirtmələr yenisi ilə əvəz olunub. Bundan başqa mövcud olan 180 ədəd qaz tənzimləyici şkaflardan 72 ədədi təmir olunaraq işlək vəziyyətə gətirilib”.

 

Qeyd edək ki, bununla yanaşı istismara yararsız 600 ədəd sənaye cihaz tipli qaz sayğacları yenisi ilə əvəz olunub. Aparılan hazırlıq işləri nəticəsində payız-qış mövsümü ərzində əhalinin təbii qazla təminatında heç bir problem yaşanmayacağı praqnozlaşdırılır.