• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4168
— 25.09.2014 21:16

Ağcabədi sakinini Gəncədə avtomobil vurub

Ötən gün axşam saat 23:00 radələrində Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində  piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Şəhər sakini 24 yaşlı Elvin Sadıqov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada -49 yaşlı Ağcabədi sakini İlqar Kazımovu vurub. Yaralı dərhal Gəncə şəhər TTX-nin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Sürücü Elvin Sadıqov polis tərəfindən saxlanılıb.

Məharət Kərimov- həkim: “Kazımov İlqar Qabil oğlu avtqoqəza nəticəsində xəsarət alaraq xəstəxanaya gətirilib. Xəstənin ümumi vəziyyəti nəzərə alınaraq birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti ağırdır. Hər iki bud sümüyünün açıq sınığı və qapalı kəllə-beyin travması, döş qəfəsinin əziniyi kimi xəsarətlər alıb. Təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir”.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.