• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3631
— 25.09.2014 18:41

Gəncədə avtomobil yanaraq külə dönüb

Ötən gün axşam saat 23:20 radələrində Gəncə şəhər sakini 38 yaşlı Anar Əliyev idarə etdiyi “Audi A6” markalı avtomobillə Gəncədən Şəmkir istiqamətinə hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Texnikanın və canlı qüvvənin səyinə baxmayaraq yanğının qarşısını almaq mümkün olmayıb. Alov qısa zamanda avtomobili külə çevirib. Sürücü Anar Əliyev cəld tərpənərək avtomobili tərk edib və yanğından xəsarətsiz xilas olub. Yanğının başvermə səbəbləri araşdırılır.