• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3941
— 25.09.2014 18:57

Bakıda sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb

Bakıda Xətai rayonundakı körpüdə qəza hadisəsi baş verib. "BMW" markalı avtomobili idarə edən və hələlik kimliyi məlum olmayan sürücü yüksək sürətlə körpünün aşağısındakı tuneldən geri dönmək istəyib. Yol kənarında beton maneəni gözdən qaçıran sürücü qəza törədib. Hadisə nəticəsində avtomobilin ön hissəsi tamamilə yararsız hala düşüb. Sürücü isə, hadisə yerinə polis əməkdaşlarının yaxınlaşdığını görərək ərazidən uzaqlaşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən sürücü sərxoş olub. O, qəzadan sonra taksiyə əyləşərək hadisə yerini tərk edib. Polis əməkdaşları qəza törədərək qaçan sürücünün axtarışına başlayıblar. Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.