• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 14.09.2014 23:02

Gəncədə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümü qeyd olunub

Bu məqsədlə Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. 
Kəlbəcər rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə yerli icra hakimiyyəti nümayəndələri, Aşıq Şəmşir İctimai Birliyinin üzvləri, Türkiyənin Gəncəyə yeni təyin olunan konsulu və Türkiyə Azərbaycan dərnəyinin 18 nəfərlik nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edənlər 96 il öncə Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişindən və ölkəni mənfur düşmənlərdən xilas etməsindən danışıblar.

Səfər Karakoyunlu Türkiyə-Azərbaycan dərnəyinin sədri: “Əgər Qafqaz İslam Ordusu və Nuru paşa buraya müdaxilə etmiş olmasaydı, bəlkə də bu gün bu ərazilərdə heç bir türk yaşamırdı. Bu çox önəmli bir durumdur. Biz də bu durumu bütün dünyaya çatdırmaq istəyirik. Türkiyə və Azərbaycan özbəöz qardaşdır. Bu anlamda nə xoşbəxtdir türkəm deyən. Bu gün biz yenə də buradayıq. Və çox xoşbəxtik”.

Qənbər Qurbanov- “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin sədri: “Türk qardaşlarıma öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bunlara çox sağol deyirəm ki, bunlar belə gözəl təşəbbüslə çıxış edirlər. Bu gün zəhmət çəkərək böyük bir heyətlə buraya gəliblər və təşkil olunan tədbirdə çıxış edəcəklər. Bu əlaqələr gələcəkdə xalqlarımız arasında münasibətin daha da gücləndirilməsi, rifah halının yaxşılaşdırılması üçün böyük əhəmiyyəti olacaq”.

Tədbirin davamı Aşıq Şəmşir İctimai Birliyinin aşıqları və Türkiyədən gələn qonaqların ifasında təşkil olunan bədii hissə ilə davam edib.

Elton Cabbarlı