• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4204
— 25.09.2014 18:47

Tərtər rayonunda külək çoxillik ağacı aşırıb, 1 uşaq xəsarət alıb

Ötən gün külək çoxillik palıd ağacını Tərtər rayonunun Poladlı kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı tikilinin üzərinə aşırıb. Bu zaman bir azyaşlı xəsarət alıb.

Külək Tərtər rayonunun Poladlı kəndi ərazisindəki məcburi köçkünlərə ziyan vurub. Çoxillik palıd ağacı onların məskunlaşdığı tikilinin üzərinə aşıb. Bu zaman bir nəfər xəsarət alıb.

Abil Nəbiyev- xəsarət alan uşaq: Mən orda bacımla oynayırdım. Birdən şaqqıltı səsi gəldi, ağac qırıldı, başıma düşdü. Bacım qaçdı, mənim başım yarıldı”.

Məcburi köçkünlər ərazidə belə halların tez-tez baş verdiyini deyirlər.

Qorxmaz Məmmədov- məcburi köçkün: “Hal-hazırda külək əsir. Külək əsəndə gündə bir ağac aşır. Evimiz kərpicdəndir. Onun üstünə ağac aşsa, içərisində 1 nəfər də qalmayacaq”.

Qeyd edək ki, Tərtərin Poladlı kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı ərazi meşə massivində yerləşir.