• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 25.09.2014 18:05

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası olub

Bu gün saat 16:00 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan və hazırda Goranboy rayonunda məskunlaşan 38 yaşlı Elçin Ələsgərov idarə etdiyi “VAZ  2172” markalı avtomobillə üzü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib nə nəticədə nəqliyyat vasitəsi yol kənarındakı irigövdəli ağaca çırpılıb. Qəza nəticəsində “VAZ” sürücüsü Elçin Ələsgərov elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Pols Şöbəsində araşdırma aparılır.

Hadisə şahidlərini bildirdiyinə görə, qəzaya səbəb yüksək sürət olub.