• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3124
— 25.09.2014 20:01

Şəhidlər Xiyabanında təhqiredici hərəkətlər edən şəxs tutulub

Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlər edən şəxs tutulub.

 

Xəbər verdiyimiz kimi, bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilmişdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən yüzlərlə soydaşımızın, mərd mübarizlərin uyuduğu, hər bir həmvətənimiz üçün əziz və müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğurub, qəbirləri təhqir edilən şəhidlərin yaxınları da daxil olmaqla bir çox vətəndaşımız ölkə və hüquq mühafizə orqanlarının rəhbərliyinə müraciət edərək həmin iyrənc hadisəni törədənlərin tezliklə yaxalanıb ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi cəza tədbirinin görülməsini xahiş ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdı.
Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də, səhər saatlarında, Şəhidlər xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs 1963-cü ildə Bakı şəhərində anadan olan, heç bir yerdə işləməyən, əvvəllər məhkum edilən, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur.
Faktla bağlı istintaq davam etdirilir.