• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 24.09.2014 19:09

Gəncə şəhərində köşkdən pul oğurlayan şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 1-də baş verib. Naməlum şəxs və ya şəxslər şəhərin Heydər Əliyev prospekti bina 149-un qarşısında yerləşən köşkün pəncərəsini sındıraraq içəriyə daxil olublar və oradan 1077 manat pulu oğurlayıblar. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin bir neçə dəfə məhkumluq həyatı yaşayan, 25 yaşlı Samir Abdullayevin olduğu müəyyən edilib. Samir Abdullayev Bakı şəhərində saxlanılaraq Gəncəyə gətirilib istintaqa təqdim edilib. Faktla bağlı araşdırma aparılır.