• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 24.09.2014 19:01

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

Bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Tərə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Əhməd Şöcainin üzərində şəxsi yoxlama zamanı ondan gömrük nəzarətindən gizlədilən 370 Azərbaycan manatı və 6 ədəd bükümdə, ümumi xalis çəkisi 10.177 qram olan narkotik vasitə - tiryək aşkarlanıb. Bundan başqa Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Denis Baxtiyevə məxsus əl çantası rentgen aparatından keçirilərkən həmin çantadan 2 ədəd “Medulak-WM” və 1 ədəd “Calcidi” markalanma yazılı flakonlarda təsiredici maddəsinin miqdarı 0,475 qram təşkil edən narkotik vasitə - metadon aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.